Gəncə sakini asılmış vəziyyətdə tapıldı
Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar
telefon xəttinə Gəncə şəhərində mənzildə 1 nəfərin bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Movqe.az-ın FHN-in saytına istinadən xəbərinə görə , FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlüArzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkarlayıblar.
Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.