Əlaqə Arxiv
news Image
2015.02.01
12:02
| A A A
NATO-nun baş katibindən Rusiyaya ittiham
NATO-nun baş katibiYens StoltenberqRusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda ittiham edib.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə alyans rəhbəri "Le Figaro" nəşrinə müsahibəsində bildirib.

"Rusiya normaları və qonşularının sərhədlərini pozur. Bu ölkə hətta ciddi iqtisadi böhran zamanı müdafiə sahəsinə böyük vəsaitlər yatıraraq qoşunların müdafiə qabiliyyətini artırır", - deyə Yens Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Rusiya ağır silahlar, tank, raket qurğuları, müasir havadan müdafiə sistemləri və hərbçilərini göndərməklə Donbas separatçılarına dəstək verir.

"Hərbi texnikanın bəzi növləri çox yenidir, separatçılar bu cür silahlara əvvəllər malik olmayıblar", - deyə alyans rəhbəri vurğulayıb.

Sizin Reklam Yeriniz