Əlaqə Arxiv
news Image
2015.02.02
11:53
| A A A
Onlar Masallıdandır
Moskva: tikinti komissiyasının rəhbəri

İnsan həyatı elədir ki, hansı məkanda yaşamasından və həyat mövqeyindən asılı olmayaraq ürəyi Vətən istəyi ilə çırpınır, doğulduğu, böyüdüyü yerin cazibəsindən çıxa bilmir. Bütün fikir və duyğuları həmin nöqtədə birləşir. Elşən də bu təəssüratla yaşayır. Hara getsə, harda olsa qəlbi Bədəlanda, Masallının füsunkar gözəlliyindədir. Rusiyada fəaliyyət göstərən, Azərbaycanın diaspor quruculuğunda bilavasitə iştirak edən və biznes sahəsində uğur qazanan tanıdığım çoxsaylı bədəlanlılardan biri – Elşən Xəlilovun uşaqlıq həyatı elə bütün kənddəkilər kimi keçib. Sadə həyat tərzi olub.

Elçən Əzizbəyov adına sovxozda sürücü işləyən Əbdülün oğludur. Bütün kənd bilir ki, qəhrəmanımızın atası intizamlı işçı olub, bir vaxtlar covxoz təsərrüfatının qabaqcıl olmasında can qoyub, illər boyu mükafat alıb, bir çətən külfətini halallıqla dolandırıb. Anası isə çaybecərən olub. Yazımın qəhrəmanı o günləri indi də yaddan çıxarmır, danışır və fəxr edir. Deyir ki, ailəmiz həqiqətən əməksevər və intizamlı olub. Kənddə belə tanınmışıq. 1972-ci il iyulun 29-da anadan olmuşam. Kənd məktəbini qurtarandan sonra 1995-ci ildə də Azərbaycan Neft Akademiyasını bitirmək haqqında ali təhsil hüququ qazanmışam, evimizə sevinc, fərəh bəxş etmişəm. Amma, oxuduğum müddətdə də zəhmətdən əl ayırmamışam. Akademiyada gündüzlər təhsil ala-ala axşamlar işləyirdim.

- Sonra tale elə gətirdi ki, Bədəlandan, Masallıdan, Bakıdan keçən yolu Moskvada davam etdirdim və özümü bütün sahələrdə sınamağa başladım,- deyə Elşən söhbətinə davam edir: -Çoxlu həmvətənimizlə dost oldum, axtarışlarımı davam etdirdim. Nəhayət, axtarışım uğurunu verdi.

Bu gün eloğlumuzun rəhbəri olduğu "Delor" şirkəti, onun böyük kollektivi əsasən tikinti materiallarının topdan alqı-satqısı ilə məşğul olur. Şirkətin ərazisi həmişə qələbəli, get-gəllidir: həm burda, həm də tikinti obyektlərində. Elşən Xəlilovun və şirkətdə işləyənlərin əsas məqsədi elan olunmuş tender və lotlarda iştirak etmək və qalib gəlib udmaqdır. Onlar da əksər hallarda buna nail olur.

Həmyerlimizin "Delor"dakı fəaliyyəti ildən-ilə uğurlu olur, ağıllı işi onu mövqeləndirir, daha da tanıdır. 26 yaşında ikinci ali təhsil qazanıb, 1998-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib. Moskvanın Cənub-Şərq inzibati dairəsində fəal ictimaiyyətçiliyi diqqəti cəlb edir. Ən əsası Böyük Vətən müharibəsi iştirakçıları ilə təmas qurması və iş birliyi öz bəhrəsini verir. Böyük və çətin həyat sınağı görmüş adamlarla ünsiyyət hər yerdə təriflənir. Karyera qurmaqda dönüş yaradır.

Moskvanın sabiq meri Yuri Lujkovun sərəncamı ilə yaradılan sahibkarlar şurasına 1991-ci ildə RF-nın ən məşhur iş adamlarından sayılan Mark Mossarski sədr təyin edilir. Həmin şuranın nəzdində şəhər təsərrüfatının bütün sahələrini əhatə edən komissiya yaradılır. Komissiyalardan biri də əsaslı tikinti ilə məşğul olur. 2004-cü ildən indiyə kimi Moskva meri və hökuməti yanında sahibkarlar şurasının əsaslı tikinti komissiyasına Elşən Xəlilov başçılıq edir.

Bəli, onda, qısa vaxtda, 1996-cı ildə "Delor" adlı şirkətlər qrupunun baş direktoru şeçilən Elşən Xəlilovun uğurları bununla bitmir. Sahibkarlar şurasının əsaslı tikinti komissiyasının rəhbərliyinin 11 ili fevralda tamam olur. O, özünü göstərib və tanınıb. İşi barəsində deyir ki, paytaxt Moskva qədim və böyük şəhərdir. Bu şəhərin 10 ərazi dairəsinin hamısında təsisatımız fəaliyyət göstərir. Mənim qənaətim belədir ki, müasir tikinti müasir səviyyəli insandan xüsusi bacarıq , həm də istedad tələb edir. Gərək düzgün olasan, düzgün danışmağı bacarasan, düzgün qərar qəbul edəsən.

Müasir Rusiya adamı müasir şəraitdə, yaxşı, təzə evlərdə yaşamağı xoşlayır. Elşən Əbdül oğlu da düz nəticə çıxarır: indi dövlət tərəfindən binalar az tikilir. Əsas "göydələnlər" şəxsi investorların vəsaiti hesabına başa gəlir. Ona görə də müasir binaların tikintisi xüsusi diqqət tələb edir. Elşən də bu işin öhdəsindən layiqincə gəlir.

Sizin Reklam Yeriniz