Əlaqə Arxiv
news Image
2015.02.03
09:02
| A A A
Tütün məmulatları və spirtli içkilər bahalaşır
Bu sahədə yerli istehsal olan məhsullara daha böyük tələb yaranmağa başlayır

Ötən ilin sonunda Milli Məclisdə aksiz vergilərinin artırılması ilə bağlı qərar bəzi məhsullarla yanaşı, tütün və spirtli məmulatlara da şamil olundu. Bu isə Azərbaycaan idxal edilən bel əməhsulların qiymətinin artması ilə müşayiət olunmalı idi. Artıq qarşıdakıgünlərdə həmin məhsulların qiymətində artım müşahidə olunacaq və ekspertlər bunu zəruri hal kimi dəyərləndirirlər. Hesab edilir ki, bütün inkiaşf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tütün və şərablara aksiz vergisinin artırılması məqbul haldır. Əvvəla, bu, istehlakçıların sağlamlığı baxımından çox önəmldir. İkinci bir tərəfdən idxal məhsullarında qiymət artımı yerli istehsalı stimullaşdırır.

Qeyd olunduğu kimi isə, idxal tütün və şərab məhsullarının yaxın tezlikdə satış qiymətlərində artımlar qeydə alınacaq. Spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq. Məsələ bundadır ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb. Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollardan (və ya 4,8 manatdan) 6 manata qaldırılıb. Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib. Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəfdən, bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.

Ekspertlər bildirir ki, sözügedən qərar spirtli içkilər və tütün məmulatlarını istehlakçılarının sayının azalmasını gətirib çıxaracaq və bu da çox önəmlidir. Xüsusən də tütündən istifadənin azaldılması məqbuldur. Qeyd edək ki, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən dünyasını dəyişəcək insanların sayında daha çox artım olacağı proqnozlaşdırılır. Problem ölkəmizdən də yan keçmir. Qərb ölkələri tütündən istifadəyə qarşı mübarizə tədbirlərindən biri kimi məhz aksiz vergisinin artırılması təcrübəsindən istifadə edirlər. Azərbaycanın da analoji təcrübədən yararlanması müsbət qiymətləndirilir. Digər tərəfdən aksiz vergilərinin artırılması yerli istehsalı stimullaşdırır. Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır. Halbuki mövcud potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Hər halda proseslərin gedişi yerli istehsala daha çox tələb yarancağını göstərir. Spirtli içkilərə gəlincə, burada hələ də idxal olunan məhsulların geniş çeşidinə rast gəlmək mümkündür. Lakin yerli istehsalolan məhsullar da bazarlarda xüsusi çəkisini sürətlə artırır. Qarşıdakı dövr ərzində isə istehlak üçün yerli şərab növlərindən istifadə miqyasının daha da artması gözlənilir. Onu da bildirək ki, Azərbaycana gətirilən spirtli içkilər, tütün məmulatlarının yeni aksiz dərəcələri martın 1-dən qüvvəyə minəcək. İdxal edilən belə malların qiymətinin də elə gələn aydan etibarən özünü göstərməsi gözlənilir.

Sizin Reklam Yeriniz