Əlaqə Arxiv
news Image
2012.08.01
16:34
| A A A
Bakıda yataqxana yanır - Foto
Movqe.Az xəbər verir ki, Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb. 

Yanğın Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində başlayıb.

Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Qeyd edək ki, bu binada məcburi köçkünlər məskunlaşıblar.

Qəribə olsada yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.Yanğın 2-bloklu, 5-mərtəbəli binanın yarısını əhatə edib.Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunubLakin yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hal - hazırda yanğın davam edir.


Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz