Əlaqə Arxiv
news Image
2015.02.03
14:25
| A A A
Havadan xəbər var!

Şimal-qərb küləyi ötən günlərlə müqayisədə nisbətən güclənəcək.

Fevralın 4-ü, gün əzində və 5-də hava qısa müddətə qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi ötən günlərlə müqayisədə nisbətən güclənəcək. Temperatur 4-6 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 4-də bəzi yerlərdə hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacaq. Buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi səhər güclənən şimal küləyinə keçəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 4-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə aşxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz