Əlaqə Arxiv
news Image
2015.02.03
12:23
| A A A
“Xəmsə” Milli-intellektual oyunu üzrə Masallı rayon birinciliyi

3 fevral 2015-ci il tarixdə Masallı Rayon Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin dəstəyi ilə Yeniyetmə və gənclər arasında "Xəmsə" Milli-intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev "Xəmsə" Milli-intellektual oyununun, eləcə də digər intellektual oyunların Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin 07 iyul 2011-ci il tariхli 1621 saylı sərəncamı ilə təsdiq оlunmuş "Azərbaycan Gəncliyi 2011- 2015-ci illərdə Dövlət Prоqrammı"nın tərkib hissəsi olduğunu, intellktual səviyyəni artırmaqla gələcəyimizin potensial gəncliyə yiyələnəcəyini qeyd etdi.

Oyunun qayda və şərtləri iştirakçılara izah olunduqdan sonra yarışa start verildi. Gərgin keçən mübarizədə 16 məktəbin komandası öz bilik və bacarıqlarını sınamışlar.

Qeyd edək ki, yarışın yekununa əsasən rayonun Bala Kolatan kənd tam orta məktəbinin komamndası (6200 xalla) I yerə, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası ( 1100 xalla ) II yerə, Qəriblər kənd tam orta məktəbinin komandası isə (800 xalla) III yerə layiq görülmüşlər.

Yarışın ən yaxşı oyunçusu adına Qulami Mənsur İntiqam oğlu layiq görülmüşdür.

Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Sizin Reklam Yeriniz