Əlaqə Arxiv
news Image
2015.02.03
19:45
| A A A
İraqlı “Əsgər atası” oğlunun qisasını belə aldı

60 yaşlı Ramadan oğlunun qisasını aldı.

Oğlu "İslam dövləti" (İŞİD) terrorçuları tərəfindən edam olunmuş İraq vətəndaşı Basil Ramadan terror təşkilatının yeddi yaraqlısını güllələyib.

Movqe.az xəbər verir ki, bu barədə yerli KİV xəbər verib.

60 yaşlı Ramadan AK-47 ilə Tikrit şəhərinin buraxılış məntəqəsində yaraqlıları güllələyib, cavab atəşi nəticəsində həlak olub.

Atəş açanın oğlu Əhməd Ramadan yanvar ayında "İslam dövləti" yaraqlıları tərəfindən qətlə yetirilən səkkiz polisdən biri idi. 18 yaşlı Ramadan İraq hakimiyyətinə cəsusluqda ittiham edilərək edam edilib.

Daha öncə "İslam dövləti" üzvləri polislərin edamının şəkil və videosunu paylaşıblar.

Wasat nəşrinin məlumatına görə, 2007-ci ildə "Əl-Qaidə" yaraqlıları tərəfindən Ramadanın birinci oğlu qətlə yetirilib.

Sizin Reklam Yeriniz