Əlaqə Arxiv
news Image
2015.02.04
10:14
| A A A
Saakaşvili Ukraynada vəzifəyə gətirilir

Ukraynanın antikorrupsiya idarəsinə Mixail Saakaşvili başçılıq edə bilər.

Movqe.az məlumatına görə, "Qafqazinfo" lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə mətbuata Ali Radadan məlumat sızıb.


Gürcüstanın keçmiş prezidenti Saakaşvili bu posta ən real namizədlərdən biridir. Onun bir neçə namizəd arasında xüsusi çəkisi var.


Qeyd edək ki, bundan əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) prokuror köməkçisi, əslən Ukraynadan olan federal prokuror Boqdan Vitsviksiyin bu vəzifəyə gətiriləcəyi haqqında məlumatlar yayılmışdı.

Sizin Reklam Yeriniz