Əlaqə Arxiv
news Image
2015.02.04
13:55
| A A A
Bu gün qaz olmayacaq

Bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Semzavod", "Böyükşor", "Sumqayıt", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Ucar" "Oğuz" və "Yaqublu" o cümlədən, Qazax Magistral qaz kəmərləri sahəsinin "Şəmkir" Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Movqe.az xəbər verir ki, təmir müddətində Ucar və Oğuz rayonun, eləcə də Tağıyev, Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir rayonu və Qaradağ rayonu Sahil qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Sizin Reklam Yeriniz