Əlaqə Arxiv
news Image
2015.02.05
16:30
| A A A
Aparıcı Fərda Xudaverdiyevin kitaba hörmətsizliyi qınağa səbəb oldu-VİDEO

ATV telekanalında yayımlanan "Top kimi-ŞOU" verilişinin ötən buraxılışında aparıcı, aktyor Fərda Xudaverdiyevin kitaba hörmətsiz davranması ictimai qınağa səbəb olub. Aparıcının verilişin qonağı müğənni Elza Seyidcahanın başına qoyduğu planşeti götürüb kitab qoyaraq "planşetin kreditini hələ verib qutarmamışam düşüb sınar" deyərək onu kiabla əvəzləməsi birmənalı qarşılanmayıb. 

Yazıçı Rəşad Məcid Movqe.az-a açıqlamasında deyib ki, ümumiyyətlə efirdə efirə layiq olmayanlar aparıcılıq edir: "Aparıcılar bəzən özlərini çox yekəxana aparır, efirdə olduqlarını unudurlar. Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin aparıcısı Zaur Kamal da verilişin qonağının adını səhv deyən rejisorun üstünə efirdə kağızları tulladı. Çoxları efirdə yekəxanalıq edir, bazar hərəkətləri edirlər. Kitaba hörmət etmək hər kəsin borcudur. Amma aparıcılar bəzən efirdə özlərini unudurlar".

Yazar Şərif Ağayarın isə məsələyə münasibəti belə olub: "Kitaba münasibət cəmiyyətdə necədirsə, efirdə də elə olacaq. Azərbaycan elə bir yerdir ki, burda Nizaminin Xəmsəsinin Ağamirzənin mikrofonu qədər dəyəri yoxdur. Heç kimdən incimirəm və heç kimi də qınamıram. Efirə kitabın nə olduğunu bilən adam çıxsa, belə olmaz".

Aparıcı isə Movqe.az-a açıqlamasında onu bu davranışına görə qınayanlara bir kəlmə ilə cavab verib: "Ay aman, hər şeyi söz edirlər. Bu verilişin adı şoudur.Şoudan anlamayanlar baxmasın". 

Digər maraqlı məqam isə son vaxtlar şerləri ilə gündəmə gələn, özünü poeziya təmsilçisi kimi təqdim edən Elza Seyidcahanın aparıcının kitaba hörmətsizliyinə biganə qalması olub. 

Sizin Reklam Yeriniz