Əlaqə Arxiv
news Image
2015.02.05
19:30
| A A A
Bu məhsullar bahalaşdı - SİYAHI

Movqe.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşıb.

Mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətləri ucuzlaşıb.


Dövlət Komitəsi həmçinin ay ərzində bahalaşan məhsulların da adını açıqlayıb. Belə ki, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sizin Reklam Yeriniz