Əlaqə Arxiv
news Image
2015.02.06
11:33
| A A A
Dilqəmin qardaşı danışdı: "Erməni qələt eləyir, Ramili verməyəcəyik"

Movqe.az xəbər verir ki, bu barədə AzVision.az-a D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə yaxın günlərdə girovlarla görüş keçiriləcək:


"Məktubda Dilqəm Əsgərovun vəziyyətini soruşmuşuq. Ona özündən muğayət olmasını qeyd etmişik. Görüş zamanı bizim məktub ona çatdırılacaq".


S.Musayev düşmən tərəfinin Kəlbəcər girovlarından birinin Ramil Səfərovla dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Qeyd edib ki, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz heç bir hərəkətə yol verməyiblər:


"Ermənilər qələt edir, bu fikri söyləyirlər. Nəyə görə Ramili onlara verməliyik? Ermənilər tərəfindən qanunsuz saxlanılan vətəndaşlarımıza görə biz öz igidimizi onlara verməyəcəyik. Bu heç vaxt mümkün deyil".


Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə" prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Sizin Reklam Yeriniz