Əlaqə Arxiv
news Image
2015.02.06
11:58
| A A A
Madam Tüsso muzeyi satılır

Movqe.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı London şəhərindəki əfsanəvi Madam Tüsso muzeyinin əzəmətli binası daşınmaz əmlakın sahibi, iş adamı Nik Leslo tərəfindən 300 milyon funt sterlinqə (450 milyon dollar) satışa çıxarılıb.

Meqapolisin turistlər tərəfindən ən çox ziyarət olunan binası Merlin Entertainments kompaniyası tərəfindən 27 illiyə icarəyə götürülmüşdü. İcarəçilər bina sahibinə ildə təxminən 15,5 milyon funt sterlinq (22,5 milyon dollar) ödəyirdilər. Səhmləri 4 milyard funt sterlinq (6 milyard dollar) həcmində qiymətləndirilən Merlin Entertainments kompaniyası bütün dünya üzrə 20 Madam Tüsso muzeyinin sahibidir.

Ekspertlər bildirirlər ki, Londondakı Madam Tüsso muzeyinin populyarlığı artmaqda davam edir. May ayının ortalarında ekspozisiya "Ulduz müharibələri" ("Star Wars") filminin qəhrəmanları ilə zənginləşdiriləcək. Turistlər üçün attraksionda 11 müxtəlif səhnə açılacaq. Ziyarətçilər "Minillik şahin" (Millennium Falcon) kosmik gəmisində olacaq, əllərində şüa qılıncı tuta biləcəklər. Ümumilikdə isə bu sərgidə 2,5 milyon funt sterlinq (3,76 milyon dollar) dəyərində 16 fiqur nümayiş olunacaq. Merlin Entertainments kompaniyasının direktoru Devid Şarpın dediyinə görə, yeni sərgi Londonun turizm iqtisadiyyatına güclü impuls verəcək.

Sizin Reklam Yeriniz