Əlaqə Arxiv
news Image
2015.02.06
12:10
| A A A
Millət vəkilindən Lamiyə olayı ilə bağlı kəskin tələb

"Lamiyənin uşağının atası tapılacaq. Çünki, ortada fakt var, uşaq var. İndi kimsə onunla münasibətdə olmasını danırsa o demək deyil ki, Lamiyənin hamilə qalmasına şübhə ilə yanaşmaq lazımdır.Bu biabırçılıqdır. O şəraitdə Lamiyə hamilə qalıbsa deməli nəzarət sistemində kimsə öz səlahiyyətlərindən sui-istifadəyə yol verib. Bu məsələ də araşdırılaraq həmin şəxslər cəzalandırılmalıdır. Mən Lamiyə ilə bağlı zorakılıq iddialarının səslənməsi fikirlərinə münasibət bildirmək istəyirəm. Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevin açıqlamasında bir məqam var ki, cənab Quliyev "biz Lamiyənin hamilə olduğunu öydəndikdən sonra onun uşaq dünyaya gətirməsinə şərait yaratdıq " deyir. Bu fikir xəbər verir ki, Lamiyənin hamiləliyindən xəbər tutan Penitensiar Xidmət rəhbərliyi bu faktı gizlətməyə çalışmayıb. Hətta çalışıb ki, Lamiyə sağ-salamat uşağını dünyaya gətirsin. Əgər maraqlı olsaydılar Lamiyənin hamiləliyinin pozulması üçün müxtəlif üsullardan istifadə edilərdi".

Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili, hüquqşunas Çingiz Qənizadə deyib. Ç. Qənizadə Lamiyə olayı ilə bağlı diqqətin uşaqdan daha çox onun cəza müddətinin artırılmasına yönəlməli olduğunu deyib: "Lamiyə cəza törətmişdisə belə ona cəza bir dəfə verilməli idi ki, Lamiyə də o cəzanın müddətini çəkib qurtarmışdı. Təkrar Lamiyəyə 5 il yarım cəza çəsmək hardasa qisasçılıqdan xəbər verir ki, bu da bizim ədalət, məhkəmə sistemi üçün üz ağardan fakt deyil. Mənim fikrimcə, bu ədalətsizliyə imza atanlar da cəzalandırılmalıdırlar ki, bu cür neqativ hallar məhkəmə, istintaq sistemindən yığışdırılsın. Mən oğul itirən atanı, Aslan Aslanovu da başa düşürəm. Amma bu qətli törədən Lamiyə olsa da, ona bir dəfə cəza çəkmək haqqı verir. Bir insan törətdiyi əmələ görə bir neçə dəfə təkrar mühakimə oluna, cəzalandırıla bilməz. Təbii ki, mən bu işdə keçmiş başçını ittiham etmirəm. Amma düşünürəm ki, kimsə öz səlahiyyətlərindən istifadə edərək sifarişlə məhkəmənin, istintaqın işinə müdaxilə etməməlidir. Fikrimcə, Lamiyə, Vüqar olayında kimlər hansı qaydada ittiham olunaraq cəzalandırılıbsa araşdırılmalıdır".

Sizin Reklam Yeriniz