Əlaqə Arxiv
news Image
2015.02.06
17:25
| A A A
1-cilərin məktəbə qəbulunda-YENİLİK

Bu il BŞTİ valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub.BŞTİ-dən Movqe.az-a verilən xəbərə görə, bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır. Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanılıb. Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

Sizin Reklam Yeriniz