Əlaqə Arxiv
news Image
2015.02.06
20:30
| A A A
Prokurorluq əməkdaşları cəzalandırılıb - Statistika

2014-ci ildə prokurorluq orqanlarında 46 əməkdaş intizam məsuliyyəti cəlb olunub.

Movqe.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verilib. İcra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edilib.


Nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilib.

Sizin Reklam Yeriniz