Əlaqə Arxiv
news Image
2015.02.07
17:09
| A A A
VAZ-da ixtisarlar başladı

Volqa Avtomobil Zavodu – VAZ və onun filialı 1900 əməkdaşın ixtisar edib.

Movqe.az-ın publika.az-a istinadən  məlumatına görə, "AvtoVAZ" açıq səhmdar cəmiyyətinin həmkarlar ittifaqının sədri Sergey Zaytsev BBC Rus xidmətinə bildiruib ki, hazırkı ixtisarlar "ötən il başlanmış istehsalatın optimallaşdırılması proqramının tərkib hissəsidir".

"Bu proqram əsasında 2014-cü ildə AvtoVAZ-dan 7 min 500 işçini ixtisar ediblər. Hazırda fəhlələrin ixtisar edilməməsinə dair prinsipial qərar qəbul edilib. Buna görə də yanvar ayında 1100 top-menecer işdən azad olunub. Onların ixtisar olunması barədə bildirişlər yanvarın 14-dən göndərilib. Həmin vaxt zavodun kollektivi hələ Yeni il bayramından qayıtmamışdı", - Sergey Zaytsev əlavə edib.

Zaytsevin sözlərinə görə, iş yerlərinin ixtisarı "Lada" avtomobillərinin Rusiya bazarındakı satışının azalması ilə bağlı məcburi addımdır.

Tolyatti zavodunun buraxdığı avtomobillərin satışı 2013-cü illə müqayisədə 15 faiz azalıb. Məhz buna görə də müəssisə vəsait çatışmazlığı ilə üzləşib.

Yeni kadr ixtisarları 2015-ci ildə 400 milyon rublun və ya 6 milyon dolların qənaətinə imkan verəcək. Bu pullar əməkhaqqı kimi fəhlələrə verilməlidir.

Yanvarın axırında keçirilən iclasda "AvtoVAZ"-ın prezidenti Boe Andersson deyib ki, tələbatın əhəmiyyətli dərəcədə azalacağı təqidrdə müəssisə dörd günlük iş rejiminə keçə bilər.

Sizin Reklam Yeriniz