İŞİD 16 nəfəri diri-diri yandırdı
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri
İraqın Mosul şəhərində 16 yerli sakini diri-diri yandırıblar.
Yandırılanlar İŞİD lideri Əbu Bəkir əl Bağdadiyə "biət"dən boyun
qaçırmaqda suçlanıblar.
Movqe.Az Press TV-yə istinadən bildirir ki, bunu yerli məmur
Həmid əz Əzavi deyib.
"Mosul İŞİD-in əlinə keçəndən bəri böyuk həbsxanaya çevrilib.
Onlar insanlaar əzab verir, işgəncələrə məruh qoyurlar. Bununla
belə, şəhərdə bəzi alimlər və din xadimləri İŞİD-ə qulluq edir", -
əz Əzavi söyləyib.
İŞİD lideri Əbu Bəkir əl Bağdadi özünü "Xəlifə İbrahim", Mosul
şəhərini isə "Xilafətin paytaxtı" elan edib.
Onun dediyiən görə, Hz.Məhəmmədin bilavasitə törəməsidir və əsl adı da Əbu Bəkir əl Bağdadi əl Hüseyn əl Qüreyşidir.