Əlaqə Arxiv
news Image
2015.02.08
16:03
| A A A
Bakının Hökumət Evində köçhaköçdür

"Məndə Nazirlər Kabinetinin Hökumət evinə köçürüləcəyi ilə bağlı məlumat yoxdur".

Movqe.Az axar.az-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli NK-nın Hökumət evinə köçürüləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

O, belə bir məlumatın yanlış olduğunu bildirib:

"Bu məsələ 5 il əvvəlin söhbətidir. İndi məndə belə bir məlumat yoxdur. Hazırda belə bir şey nəzərdə tutulmur".

Qeyd edək ki, vaxtilə bütün nazirliklərin cəmləşdiyi Hökumət evində hazırda bir-iki nazirlik qalıb və Bakının simvollarından sayılan bu əzəmətli bina boşalmaq üzrədir. Həm yerinə, həm də görünüşünə görə fərqlənən bu binanın yüksək səviyyədə təmir olunaraq, Nazirlər Kabinetinə veriləcəyi barədə vaxtaşırı olaraq fikirlər səsləndirilir.

Sizin Reklam Yeriniz