Əlaqə Arxiv
news Image
2015.02.08
18:00
| A A A
İŞİD Mosulu da tərk edir

"İslam dövləti" (İŞİD) terror qruplaşması Suriyanın Kobani şəhərindən sonra daha bir strateji məntəqəni itirmək üzrədir.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, İŞİD koalisiya güclərinə aid döyüş təyyarələrinin bombardmanlarından sonra şəhərin mərkəzini boşaldıb.

İraq regional kürd rəhbərliyinin Peşmerge Güclərinin 5-ci birlik Komandiri Magdid Herki ötən gün günorta saatlarından koalisiya güclərinə aid döyüş təyyarələrin şəhərin mərkəzinə güclü hava hücumları təşkil etdiyini söyləyib. General-mayor Magdid Herki bombardmanlardan sonra İŞİD-in şəhərin mərkəzinin yarısını boşaltdığını bildirib.

Sizin Reklam Yeriniz