Qərbi Afrika ölkələrində Ebola virusunun səbəb olduğu xəstəliklərdən ölənlərin sayı 9004 nəfərə, yoluxanların sayı isə 22525 nəfərə çatıb.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ÜmumdünyaSəhiyyə Təşkilatının son hesabatında bildirilib. Məlumatagörə, Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3746 nəfər ölüb, 8745 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3301 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 10792 nəfərdir. Qvineyada isə həlak olanların sayı 1957 nəfər, yoluxanların sayı 2988 nəfərdir.
Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və
ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, ilk dəfə 1976-cı ildə baş qaldırmış Ebola virusu
həmin vaxt 5826 nəfərin həyatına son qoymuşdu.