Əlaqə Arxiv
news Image
2015.02.09
12:19
| A A A
Azərbaycandakı narkomanların sayı açıqlandı (STATİSTİKA)

Qeydiyyatda olan narkomanların 1,9%-i qa­dın­lardı

Azər­bay­can­da 2014-cü il­də qey­diy­ya­ta alı­nan nar­komanla­rın sa­yı 28376 nə­fərə çatıb.

Movqe.az-ın məlumatına görə, məlumat Əd­liy­yə Na­zir­li­yi Məh­kə­mə Eks­per­ti­za­sı Mər­kə­zi­nin hesabatında əksini tapıb.

Mər­kə­zi­nhesabatında qeyd edilib ki, qey­də alın­mış nar­ko­man­la­rın 1344 nə­fə­ri (nar­ko­man­la­rın ümu­mi sa­yın­da xü­su­si çə­ki­si 4,74%) 15-17 yaşda olan şəxslərdir.

Digər yaş qruplarına gəlincə, qeydə alınmış narkomanların 3893 nə­fə­rini (13,72%) 18-24 yaş, 4147 nə­fə­rini (14,61%) 25-29 yaş, 4296 nə­fə­rini 30-34 yaş, 3415 nə­fə­rini (12,03%) 40-44 yaş, 3023 nə­fə­rini (10,25%) 45-49 yaş, 2531 nə­fə­rini ( 8,92%) 50-54 yaş, 2227 nə­fə­rini (7,85%) 55-59 yaş, 2014 nə­fə­rini (7,09%) 60-64 yaş, 1482 nə­fə­rini (5,32%) isə 65 və da­ha yu­xa­rı yaş­da olan şəxs­lər təş­kil edib.

Qeydiyyata alınan narkomanların 539 nə­fə­ri­ni, yə­ni 1,9%-ni qa­dın­lar təş­kil edib. Hesabatda qeyd edilib ki, na­ra­hat­lıq do­ğu­ran amil­lər­dən bi­ri də öl­kə­də tok­si­ko­man­lar qru­pu­nun ya­ran­ma­sı­dır. 2014-cü il­də tok­si­ko­man di­aq­no­zu ilə 130 nə­fər qey­də alın­ıb.

Sizin Reklam Yeriniz