Əlaqə Arxiv
news Image
2015.02.10
11:37
| A A A
1-ci sinfə qəbulla bağlı Təhsil Nazirliyindən-YENİLİK

Bu ildən Bakı şəhərindəki bütün  ümumtəhsil müəssisələrində 1-ci sinfə qəbul elektron formada aparılacaq. Movqe. az-ın məlumatına görə bu sözləri bu gün Məlumat Hesablama Mərkəzində keçirilən brifinqdə Təhsil Nazirliyinin Statistika və Proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov deyib. İ. Sadıqov bildirib ki, artıq yeni tədris ilindən valideynlər məktəblərdə yer çatışmazlığı kimi problemlərlə üzləşməyəcəklər. Nazirliyin səlahtlisi bildirib ki, hazırda sistemdə sınaq işləri gedir. Yaxın günlərdə bununla bağlı məlumat Bakı Təhsil İdarəsi tərəfindən ictimaiyyətə açıqlanacaq".

Sizin Reklam Yeriniz