Əlaqə Arxiv
news Image
2015.02.10
12:30
| A A A
Təhsil Nazirliyindən saxta diplomların verilməsinin qarşını alacaq addım

"2012-ci buraxılış ilində ali təhsil ixtisasları üzrə 33 min 891 ədəd, orta ixtisas üzrə isə 15 min 217 ədəd, 2013-cü ildə isə ali ixtisas üzrə 35 min 108 ədəd, orta ixtisas üzrə 11 min 753 ədəd diplom haqda məlumatlar elektron hökumət portalına yerləşdirilib".
Movqe.az xəbər verir ki, bu barədə bu gün Məlumat Hesablama Mərkəzinin keçirdiyi brifinqdə Təhsil Nazirliyinin Statistika və Proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov diplomların məlumat bazası ilə bağlı açıqlamasında məlumat verib. Nazirlik rəsmisi bildirib ki, hazırda ötən ilin buraxılış diplomlarının elektronlaşdırılması istiqamətində işlər aparılır: " Hazırda əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla diplomların vahid elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar elektron formada olacaq".

"Diplomların elektron formasına baxmaq üçün axtarış bölməsinə şəxsin adının, soyadının və ata adının baş hərfini, həmçinin diplom işinin nömrəsini qeyd etmək lazımdır. Amma bəzən təhsil müəssisələrindən bizə daxil olan blanklarda texniki yanlışlıqlar olur və bu faktları dəqiqləşdirmək vaxtımızı alır. Bu səbəbdən bu istiqamətdə fəaliyyətlərimiz ləngiyir. Belə yanlışlıqlar baş verməsin deyə diplomlar haqqında informasiya sistemi hazırlanır. Təhsil Nazirliyi üçün elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama sisteminin hazırlanması üzrə işlər davam etdirilir. Hesab edirəm ki, bu sistemin fəaliyyəti diplomların saxtalaşdırılmasının qarşısını alacaq. Bu sistem işə düşdükdən sonra, ali təhsil müəssisələri bir məzun barədə belə artıq, yaxud əskik məlumat verə bilməyəcək. Məlumat təsdiqləndikdən sonra onlar da sistemdən istifadə edəcək ki, bu da hər hansı yalnışlığın baş verməsini əngəlləyəcək".

Sizin Reklam Yeriniz