Əlaqə Arxiv
news Image
2015.02.11
17:15
| A A A
Şahbaz Xuduoğlunun ailəsi qəzaya düşdü, xanımı öldü, bacısı yaralandı

Millət vəkili, tanınmış şair Sabir Rüstəmxanlının ailəsi ağır yol qəzasına düşüb.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Yardımlı rayonu ərazisində baş verən qəzada ölən var.

Sabir Rüstəmxanlının özü də həmin avtomobildə olub.


Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Movqe.az xəbər verir ki, hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb."Toyota Prado" markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun" Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.

Sizin Reklam Yeriniz