Bakıda bahalı qəza (VİDEO)
Bakının Xətai rayonu Babək prospektində 5 avtomobilin iştirakı ilə
nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Opel"
markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən qəfil
idarə etməni itirib. Nəticədə nəqliyat vasitəsi əvvəlcə yol
kənarında dayanan "Ford" markalı yük maşınına çırpılıb. Yük maşın
isə öz növbəsində başqa bir "Ford" markalı minik avtomobilinə, daha
sonra "Mercedes" markalı avtomobilə dəyib. Baş verən yol nəqliyyat
hadisəsi bununla bitməyib. Zərbənin təsirindən "Mercedes"in
qarşısında dayanan "BMW" markalı minik avtomobilinə çırpılıb. Qəza
zamanı "Opel"in sürücü hadisə yerini tərk edib. Qəza ilə bağlı
Xətai rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən
araşdırma başlanılıb.