Əlaqə Arxiv
news Image
2015.02.12
13:22
| A A A
Qəbul imtahanlarının vaxtı açıqlandı-Siyahı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. Movqe.az-ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel - 30 aprel tarixlərində aparılacaq. II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.

Sizin Reklam Yeriniz