Əlaqə Arxiv
news Image
2015.02.13
12:10
| A A A
İŞİD 13 yaşlı oğlana divan tutdu - VİDEO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ələ keçirdiyi ərazilərdə yaşayan insanlara əzab verməyə davam edir.

İŞİD-in bir tələbi də "Dövla İslamiya", yəni "İslam Dövləti" adlandırılması tələbidir.

 

Bu tələbi pozanları ağır cəza gözləyir.

 

Movqe.Az Al Jazeera-ya istinadən bildirir ki, İraqın Ənbar vilayətindəki sakinlərdən biri, 13 yaşlı oğlan İŞİD-in bu tələbini pozaraq küçədə yaşıdları ilə oynayanda qruplaşmanı DAEŞ, yəni "Əl Dəula əl İslamiya əl İraq əl Şam" adlandırıb.

 

Üstəlik, "daeş" kəlməsi ərəb dilində "ayaq altında qalıb əzilən murdarlıq" mənasını verir.

 

Ərəb ölkələrində İŞİD-i aşağılamaq üçün fanatik, nə etdiyini bilməyən adamları "daeşi" də adlandırırlar.

 

Ənbarda İŞİD-ə "İslam Dövləti" yox, DAEŞ demiş 13 yaşlı oğlan meydana aparılıb və ona 60 şallaq vurulub.

 

Uşaq ağlayaraq rəhm istəsə də, İŞİD-in cəlladı onu dinləməyib.

Sizin Reklam Yeriniz