Əlaqə Arxiv
news Image
2015.02.13
14:50
| A A A
İŞİD ABŞ hərbçilərinə hücuma keçdi

İraqın Ənbar vilayətində Əl-Bağdadi qəsəbəsini ələ keçirən "İslam Dövləti" (İŞİD) terror qruplaşması ABŞ hərbçilərinin olduğu bazaya hücum edib.

Movqe.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İŞİD-ə yaxın saytlardan biri bildirib.

ABŞ-ın təxminən 320 hərbi məsləhətçisi sözügeden bazada İraq ordusunun hərbçilərinə təlim keçir. Strateji əhəmiyyətə sahib bazanın Əl-Bağdadi qəsəbəsinin 5 kilometr cənubi-qərbində yerləşdiyi deyilir.

Ancaq ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bazaya birbaşa hücumun olmadığını bildirib. O, eyni zamanda bazanın ətrafında və bazanı hədəf almayacaq şəkildə döyüşlərin getdiyini deyib.

Sizin Reklam Yeriniz