Əlaqə Arxiv
news Image
2015.02.14
08:30
| A A A
Sənədsiz evlərdən büdcəyə dəyən zərər
Mənzil bazarında vergi rezonansı mühüm dəyişikliklərə yol açır

Son günlərin ən aktual mövzularından biri daşınmaz əmlak bazarında vergi ilə bağlı yaranan rezonansdır. Proseslərin gedişi göstərir ki, əmlak bazarına vergi nəzarəti artırılır bu bazardan əvəlki illərə nisbətən dövlət büdcəsinə vergi yolu ilə daha çox vəsait daxil olacaq. Qeyd edək ki, bu hal əslində, dünya təcrübəsində, xüsusən Qərb ölkələrində kifayət qədər geniş yayılıb.Məlumat üçün bildirək ki, daşınmaz əmlakın satışı zamanı iki növ vergi ödənməlidir. Bunlardan biri əmlakın alındığı qiymətlə satıldığı qiymət arasında yaranan fərqdən, başqa sözlə gəlirdən tutulan gəlir vergisi, digəri isə əlavə dəyər vergisidir.Mənzil alqı-satqısından gəlir vergisinin ödənilməsi əslində, ötən ildən həyata keçrilməli idi. Lakin bu prosesə nəzarət istənilən səviyyədə olmadığından belə vergini ödəyənlər yox dərəcəsində idi. Lakin indi vəziyyət dəyişir, nəzarət gücləndirilir. Qeyd edək ki, vergi ödəyicisi üç ildən az yaşadığı əsas yaşayış yerini, əmlakını bazara təqdim edirdisə, əmlakın aldığı qiymətlə satdığı qiymət arasındakı fərqdən gəlir vergisi ödəməlidir. Gəlir vergisinin hesablanması mexanizmi isə belədir: 30 min manata qədər olan gəlirdən 14%-lə, 30 mindən artıq olduqda isə 25%-lə vergi tutulur. Məsələn, vətəndaş iki il əvvəl 50 min manata aldığı mənzili 100 min manata satırsa, əldə edilən 50 min manat gəlir vergiyə cəlb edilir. Bu məbləğin ilk 30 min manatının14%-i, başqa sözlə 4200 manatı, sonrakı 20 min manat isə 25%-i, yəni 5 min manatı dövlət büdcəsinə ödənməlidir. Ümumilikdə, 50 min manatlıq gəlirdən tutulan vergi 9200 manat təşkil edəcək. Mənzil satışından əldə eilən gəlir məsələn 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə. 14%-lə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur. Əgər vətəndaşın bir neçə evi varsa, onun yalnız biri, üç ildən çox yaşadığı vergidən azaddır. Qalanları istənilən halda vergiyə cəlb olunur. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından istərinlən halda vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa da. Başqa sözlə, bir neçə evi olan şəxslər mənzillərin satışı zamanı istənilən halda vergi ödəməli olacaqlar.

Kommersiya obyektlərindən tutulan vergi isə daha yüksək olacaq.Daşınmaz əmlakın satışı zamanı əlavə dəyər vergisi (ƏDV) də tutulacaq. Amma bu vergi növü dəyəri 120 min manatdan artıq əmlaklara şamil olunur. Bu zaman əmlakın qiymətinin 18%-i büdcəyə ödənməlidir. Mənzillərin satışından əldə edilən gəlirlərdən vergi tutulması "fins" portalını məlumatına əsasən, vətəndaşın vergi ödəyicisi kimi vəziyyətindən asılı deyil. Başqa sözlə, vergi ödəyicisi kimi qeydiyyatdan keçib VÖEN əldə etmiş vətəndaş sadələşdirilmiş verginin, ya da ƏDV ödəyicisi ola bilər. Amma mənzil satışından əldə edilən gəlirdən vergi fiziki şəxslər üçün nəzərdə tutulan ümumi qaydada (yəni 30 min manata qədər 14%, onlan artıq məbləğ 25%-lə) vergiyə cəlb ediləcək. Bir şərtlə ki, satılan mənzil sahibkarlıq məqsədləri üçün istifadə edilməmiş olsun, yəni məsələn kirayə verilməsin. Əgər mənzil kirayəyə verilibsə, onda onun satışından tutulan vergi artacaq. Daşınmaz əmlakın satışı zamanı əldə edilən gəlirdən vergi tutulması qaydası mağaza və digər kommersiya obyektlərinə də aiddir. Amma vergi tutulma qaydası və vergi dərəcələri fərqlidir. Məsələn mağazanı satan şəxs iki formada vergi ödəyəcək. Birincisi, satış məbləğindən 18%-lik ƏDV, ikincisi, satış qiymətindəki fərqdən 20% qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən vergi. Başqa sözlə, kommersiya obyektlərinin satışından tutulan vergi mənzillərə nisbətən daha yüksək olacaq. Məsələn, vaxtilə 100 min manat alınmış mağaza 200 min manata satılanda mağaza sahibi iki formada vergi ödəyir. Birincisi, satış qiymətinin 18%-i qədər ƏDV (yəni 36 min manat), ikincisi, yaranmış fərqin 20%-i qədər gəlir vergisi (20 min manat). Nəticədə bu əməliyyatı həyata keçirən şəxs 56 min manat vergi ödəyəcək.Ekspertlərin fikrincə, bu sistemin tətbiqi son illər tez-tez rast gəlinən bir evin bir neçə adama satılması hallarının qarşısını ala bilər. Bundan başqa evlərin satışından əldə edilən gəlirdən dövlət büdcəsinə vergi ödənilməsinin əmlak bazarında bahalaşmaya səbəb olacağı istisna edilmir. Burada əsas məqamlardan biri isə sənədsiz evlərlə bağlıdır. Ölkədə hələ on mnlərlə sənədsiz evlər var onlar vergiyə cəlb olunmur. Halbuki, belə mənzillər alqı-satqı predmetidir. Ancaq onlardan heç əmlak vergisi də alınmır, çünki bu evlərin qanuni inşasını göstərən müvafiq sənədlər yoxdur. Belə evlərin əmlak vergisinə cəlb edilməməsinin səbəbi onunla bağlıdır ki, həmin evlərin rəsmi sənədi olmadığından onların inventar dəyərini hesablamaq mümkün olmur.

Sizin Reklam Yeriniz