Əlaqə Arxiv
news Image
2015.02.14
12:05
| A A A
Gəncədə sürücü qızı maşınla vurub qaçdı
Gəncədə piyadanı avtomobil vurub.

Hadisə şəhərin Tağı Aranı küçəsində baş verib.

Movqe.az Kəpəz TV-yə istinadən bildirir ki,Gəncə sakini, Dədə Qorqud küçəsi, bina 26-a, mənzil 17-də yaşayan, 20 yaşlıSamirə AtakişiyevaTağı Aranı küçəsi ilə hərəkət edərkən "NİVA" markalı avtomobil onu vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının avtomobili ilə xəstəxanaya gətirilib. Yaxınlarının sözlərinə görə, "NİVA" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb və qaranlıq olduğundan avtomobilin nömrəsini görmək mümkün olmayıb.

Yaralının müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz