Əlaqə Arxiv
news Image
2015.02.15
13:15
| A A A
Ukrayna ordusu Artyomovsk-Debaltsevo yolunu nəzarətə götürdü
Ukrayna ordusu strateji əhəmiyyətli Artyomovsk-Debaltsevo ötən gün axşam saatlarında yolunu nəzarətə götürüb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın deputatıSemyon Semençenkobildirib.

"Bu gün (fevralın 14-də - red.) qızğın döyüşlər gedib. Biz Artyomovsk-Luqanskoye-Lozovoye-Debaltsevo yolunu nəzarətə götürmüşük. Loqvimovodan isə keçən Debaltsevo-Artyomovsk yolu hələ də düşmənin nəzarətindədir. Terrorçular orada dayaq məntəqəsi qurublar", - deyə Semyon Semençenko bildirib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqində gecə saat 00.00-dan etbarən atəşkəs rejimi haqqında saziş qüvvəyə minib.

Sizin Reklam Yeriniz