Əlaqə Arxiv
news Image
2015.02.15
14:13
| A A A
Rusiya banklarından 300 milyon dollar oğurlandı
Rusiyanın antivirus proqram təminatının aparıcı istehsalçılarından biri olan "Kasperski Laboratoriyası" şirkəti hakerlərin əksəriyyətinin Rusiya ərazisində yerləşən banklardan 300 milyon dollar oğurladığını elan edib.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times nəşri yazıb.

"Kasperski Laboratoriyası"nın mütəxəssisləri qeyd olunan məbləğin daha çox olduğunu istisna etmir. Şirkətin Şimali Amerika bölməsinin rəhbəriKris Doqqetqeyd edib ki, fırıldaqçılar əməllərinin gizlədilməsi üçün təkmilləşdirilmiş vasitə taktikalardan istifadə etdikləri üçün qanunsuz fəaliyyətlərini 2 il davam etdirə biliblər.

Nəşrin məlumatına görə, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən olan hakerlər ziyanverici proqram təminatını 30 ölkənin ərazisində yerləşən bankların kompüter sisteminə yeridə bilib. Beləliklə, kiber fırıldaqçılar maliyyə qurumlarının insayder məlumat bazasına yol taparaq böyük məbləğdə pul vəsaitlərini köçürməyə müvəffəq olublar.

Bununla bağlı "Kasperski Laboratoriyası" şirkəti fevralın 16-da ətraflı hesabat dərc edəcək.

Sizin Reklam Yeriniz