Əlaqə Arxiv
news Image
2015.02.15
17:02
| A A A
Sumqayıtda "Mercedes" yandı
Ötən gün axşam saatlarında Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi yaşanıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Çırpılmadan sonra avtomobildə yanğın meydana gəlib.

Yanğın nəticəsində avtomobilin mühərriki və salon hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın qəza yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sizin Reklam Yeriniz