Əlaqə Arxiv
news Image
2015.02.16
10:20
| A A A
“Oğlumu süni mayalanma ilə doğmamışam”- Lamiyə

Uzun müddətdir medianın əsas müzakirəsinə çevrilən Lamiyə Quliyevanın ANS-ə müsahibəsinin geniş hissəsi bu gün "Hesabat"da yayımlanıb.  Movqe.az Mirşahinin təqdimatında efirə çıxan "Hesabat"dan Lamiyə ilə bağlı epizodu təqdim edir: 

Doğrudan da verdiyin suala cavab almaq arzusundan sadə nə ola bilər. Amma bəzən sual verənin üzbəüz qaldığı cavab onu təmin etsə də, cəmiyyəti qane etmir. Məhbus Lamiyə Quliyevanın dünyaya gətirdiyi uşaq özü boyda sualdır. Maraqlıdır ki, bu sualın bütün cavablarını Lamiyə xanım özü bilir. Bu zəmində verilə biləcək suallardan birini də mən ötən həftə elə burada səsləndirdim. Lamiyə faktoruna bu izaholunmaz maraq cəmiyyətin seksual çatışmazlığının səbəbi ola bilərmi? Sual belə idi. Bu barədə də öz fikirlərimi bölüşdüm. Açığını deyim ki, mənim şərhimə belə gözlənilməz, anlaşılmaz maraq məhz mənim haqlı olduğumu göstərdi. Belə çıxdı ki, cəmiyyət Lamiyə Quliyeva mövzusuna, dolayısı ilə desək seksual çatışmazlıq mövzusuna hələ də tam açıqdır. Onda buyurun. Siz necə deyirsiniz orada? Şok Şok Şok! Bu da Sizə Lamiyə şəxsən özü.


- Salam, necəsən, özünü yaxşı hiss edirsən?


- Çox sağ ol, özümü normal hiss edirəm. 


- Uşaq necədir?


- Yaxşıdır.


- Mətbuatda sənin uşağının atası ilə bağlı çoxlu söz-söhbətlər yayıldı. Kimi dedi, Lamiyəni zorlayıblar, kimi dedi uşaq süni mayalanma ilə dünyaya gəlib, kimi də dedi ki, Lamiyə uşağı sevdiyi adamdam dünyaya gətirib. Nəhayət bu gün ANS-in kamerası qarşısında mən istəyirəm ki, özün səmimi bir etiraf edəsən və deyəsən ki, bu uşaq hansı şəraitdə, necə dünyaya gəldi, atası məlumdurmu?


- Mənim uşağımın atası məhkumdur. Könüllü şəkildə DNT analizi verdik. Müəyyən olundu. Könüllü şəkildə biz görüşmüşük. Mənə elə gəlir ki, burada qaranlıq qalan məqam yoxdur. 


- Səninlə həmin adam arasında nə baş verib?


- Mənim onunla münasibətim var idi. O aşağıdakı kamerada olurdu, onunla danışıb söhbət edirdik. Artıq münasibət yaranmışdı. Məhkumluq aləmində belə bir şey var. Orada tanış olursan, orada bir vasitə var danışırsan. Məhkumluq aləmində, məhz məhkumlar həmin vasitə ilə bir-biri ilə əlaqə saxlayırlar. Bizim aramızda da belə bir münasibət yaranmışdı. 


- O adamı sən əvvəldən tanıyırdın? 


- Yox. Mənə sonuncu dəfə cinayət işi açılanda, yəni Kürdaxanıya göndəriləndə orada onunla tanış olmuşdum. Beləliklə də bəraət alıb müəssisəyə gəldim. Mənə Apellyasiya Məhkəməsində prokuror protest qaldırdı, zərərçəkmişin müraciəti əsasında. Mən ora gedəndə hələ də o orada idi. Onun olduğu kameraya getdim. 


- Münasibətləriniz aydın, intim münasibətlə olub. Yoxsa, iynə və ya süni mayalanma ilə?


- Xeyir. Belə bir şey olmayıb, yalan söhbətdir. Mənə elə gəlir ki, deyilən kimi olsaydı, onda Kürdaxanıda bütün məhkumlar aşağıdakı məhbuslarla əlaqə saxlayarlar. Kürdaxanıda bütün qadın məhkumların hamısı ana olardı. Mən nə laborantam, nə də professoram ki, belə bir şeyə əl atam. Sadəcə olaraq danışdıq, görüşdük öz istəyimi ona bildirdim. Qarşılıqlı razılıq əsasında orada görüşə şərait yardıldı. Amma mən dəqiq bilmədim ki, ana ola bilərəm. Ancaq elə məqsədlə görüşdük ki, mən ana ola bilim, məni hardasa həyata bağlayan bir qüvvə olsun. 


- Uşağın atasının adı və soyadı nədir?


- Rəsulov Elnur Məmmədrəsul oğlu. Hazırda o ailəlidir. Bu günkü gün bəlkə o ailəsini müdafiə etmək üçün, ya da onu ora gətirən adamı ələ verməmək üçün faktlardan yayınır. İnanı ki, bu söhbətlər iyrənc söhbətlərdir.


- Mətbuatda belə bir fikirlər yayılıb ki, bu məsələ yuxarı səviyyədə bəzi məmurlar arasında gedən oyunlarda Lamiyədən bir kart kimi istifadə olundu. Yəni səni, açığı desək siyasi oyunlarına bir alətinə cevirdilər. Necə düçünürsə bu haqda?


- Mən istəyirəm ki, məni silah kimi istifadə etməsinlər. 


- Niyə hamiləlik dövründə bu məsələ, yəni sən ana olduğunu bilirdin və 9 ay ərzində sən susdun. Amma bu uşağın 4 ayı olanda artıq bu məsələ bu qədər ictimailəşdi. Onda bu məsələdə sənin marağın nə idi?


- Bu məsələni nə mən, nə də mənim ailəm ictimailəşdirmədi. Ailəmə də bildirmişdim ki, ictimailəşdirmək lazım deyil. Bu mənim öz fikirim olub, ana olmaq istəmişəm. Cəmiyyət məni bu addımıma görə qınamasın. Mən əxlaqsız deyiləm. Mən seksual çatışmazlığı ödəmək üçün bu addımı, yəni kefimdən atmışam. Sadəcə olaraq bəlkə də səsimi ictimaiyyətə çatdırma üçün atmışam ki, mən də varam. 


- Mətbuat sənin əvvəlki rəislə olan münasibətlərin haqqında da yazmışdı?


-Mən bunu eşitdim. Xeyir. Mənin həmin insanla yalnız rəis və məhkum münasibətim olub. Hətta mən o insanın zamanında aldığım cəzaları heç bir rəisin zamanında almamışam. 


Ləman xanımın müsahibəsindən sonra məndə bəzi suallar yarandı və ona görə də məhbus xanımla özüm görüşmək istədim. Hətta həbsxana rəhbərliyinin icazəsi ilə cəzaçəkmə müəssisəsinə getdim də. Amma məlum oldu ki, Lamiyə xanım mənə müsahibə vermək isətəmir. Və bütün səylərimə baxmayaraq rəhbərlik onu müsahibə verməyə razı sala bilmədi. Adam dedi, istəmirəm. Vəssəlam. Bu qadını hələ müsahibə verməyə məcbur etmək mümkün deyil, qalan şeylərdən danışmıram. Sosial şəbəkələrin zorlanaraq doğmağa məcbur edilmiş qadın kimi təqdim etdiyi Lamiyə Quliyeva üzündən də göründüyü kimi iradəsinin əleyhinə nəyəsə məcbur edilənə oxşamır. Biz də onun iradəsinə tabe olduq və dəqiqləşdirmək istədiymiz sualları Lamiyənin uşağının atası elan etdiyi məhbusda soruşmaq qərarına gəldik. Təki bunun bir əngəli çıxmasın. Amma çıxdı. Məhbus bir şərtlə müsahibəyə razı oldu.


Məhbus Elnur Rəsulov: "Mən sizdən bir xahiş edirəm ki, üzümü göstərməyəsiniz. Ailəliyəm, övladım da var. Necə deyərlər, onun sözünə aldanmışam. İstəmirəm ki, kiminsə ucbatından ailəm dağılsın".


Lamiyənin uşağın yaranması ilə bağlı inandırıcı şəkildə danışdıqlarını nəzəri ata elə həmin inandırıcılıqla təkzib etdi:


"Dörd ilə əvvəl yuxarı çıxdıq "trupka" vasitəsi ilə danışırdıq. Belə ki, birinci mərtəbədə biz, ikinci mərtəbədə isə onlar idi. Amma ayrı-ayrı kamera idi. Bu xanım məhkəməyə gedib gəlirdi. Bir gün məhkəmədən gələndə danışıq zamanı bildirdi ki, mənə kişiyə məxsus olan şey lazımdır, bəs, üzüm səpib, üzümə vurmaq üçün. Danışığımızın səhəri günü mənə bildirdi ki, sənə dediyimdən mənə verə bilərsən? Səhəri günün axşamı mənə hava borusundan ip vasitəsilə qab göndərdi. Axşam üstü isə onun istədiyini qabla birlikdə ona verdim. Üstündən bir-iki həftə keçəndən sonra onunla danışanda mənə dedi ki, deyəsən hamiləyəm, Dedim ki, ola bilməz".


- Elnur bəy, ümumiyyətlə sizin görüşməyiniz mümkün olurmu?


-Xeyir. Burada qadın kişi görüşmək mümkün deyil. Məhkəməyə gedib gələndə də nəzarətçilər var. Onlar aparıb gətirirlər. Qadınları qadınlar, kişiləridəki, kişilər. Ayrı-ayrı gedirsən. Gedəndə də heç görmürsən. Mümkün deyil ki, kimsə görüşsün". 


Bununla da məhbus qadının faciəsi ətrafında gəzən söhbətə son qoymaq olar. Hə, sonda onu da deyim ki, inanılmaz yolla uşağa qalmaq üsulundan Penitensiar Xidmətin rəhbərliyinin xəbəri var və onlar belə göydəndüşmə və ya yerdən qalxma balalama aksiyasına qarşı ciddi mübarizə də aparırlar. Baxmayaraq ki, hələ ki qarşısını alma mümkün deyil. Zibilin qəribə bir adı da var. Konvert üsulu. Görün bir nəvaxtdır deyirik ki, kovert yolu ilə verməyin bir qəmbərqulusu çıxacaq. Və necə ki, çıxdı da. 


Yeri gəlmişkən burada bir müqayisə aparmaq istəyirəm. Azadlıqdan məhrum edilmiş Lamiyənin özünü azadlıqdan məhrum etmiş, daha doğrusu azadlığını başqa bir dövlətin səfirliyinin miqyasına qədər məhdudlaşdırmış Emin Hüseynovla. Reportyorların Azadlığı və sair təşkilatının rəhbəri ilə. Emin Hüseynov polisdən yaxasını qurtarmaq üçün özünü İsveçrə vətəndaşı kimi təqdim edib və sonra da özünü elə bu ölkənin vətəndaşı kimi hiss etməyə çalışıb. Düz altı aydır ki, ordadı. Emin, Leyla Yunus, Xədicə İsmayıldan fərqli olaraq qanun qarşısında cavab verməyə özündə güc tapmayıb. Bəlkə də deyilənlərə görə ailəsinin hansısa bir üzvünün Birləşmiş Ştatların Silahlı Qüvvələrində xidmət etməsinin onun əleyhinə işləyə biləcəyindən ehtiyatlanıb. Eminin bəstə boyu var. Onun gizlənməyə meyl və məharətini, təbii imkanlarını, yəni boyunu nəzərə alaraq düşünürəm ki, gömrükçülər və sərhədçilər sayıq olmalıdır. Hətta çemodanları, qutuları belə yoxlayarkən. Emin azadlıqda azad deyil. Lamiyə isə həbsxanada da azaddır. Allah hər ikisinin qapısını açsın. Lamiyə mövzusuna ifrat marağı ilə yenə də cəmiyyətin seksual çatışmazlıqdan əziyyət çəkməsinə bağlayıram. Öz aramızdır, bu gün "Hesabat"ı bəlkə də daha çox elə Lamiyənin müsahibəsinə görə gözləyirdiniz. Səmimi olaq və boynumuza alaq. İnanmırsınızsa, gələn həftə bu verilişin reytinqini sizə bildirəcəm. Boynumuza alaq. Baxmayaraq ki, boyuna almaq ağır məsələdir. 


Sizin Reklam Yeriniz