Əlaqə Arxiv
news Image
2015.02.16
11:22
| A A A
Fondda dövlət qulluğuna müsabiqə yolu ilə qəbul

17 oktyabr 2014-cü il tarixdə elan edilmiş Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 258 yer üçün 521 nəfər ərizə ilə müraciət edib. Fonddan Movqe.az-a verilən məlumata görə, həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 156 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.

Azərbaycanın ümummili lideri Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizi Dövlət Sosial Müdafiə Fondunda çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 3229 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə dövlət qulluğunda və əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə DSMF-nin 4 əməkdaşı "Tərəqqi" medalı ilə, 17 əməkdaşı isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Sizin Reklam Yeriniz