Əlaqə Arxiv
news Image
2015.02.16
14:57
| A A A
Vasim Məmmədəliyevdən qəbiristanlıqların özəlləşdirilməsinə etiraz-Özəl

Özəl qəbiristanlıqların yaradılması ilə bağlı Milli Məclisdə verilən təkliflər, qanun layihəsi birmənalı qarşılanmayıb. Hər kəsin son mənzili olan qəbiristanlıqlara insanların maddi durumuna görə fərqləndirilməsi yolverilməz hesab olunur. Movqe.az-a bu barədə eksklüziv açıqlama verən şərqşünas-alim, BDU-nun  ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qəbiristanlıqların özəlləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib: "Qəbiristanlıqda da özəllik olar? Qəbiristalıq xalqındır, ümumidır. Hamı allahın yanında bərabərdir. Allahın ən ədalətli yeri qəbiristanlıqdır. Qəbiristanlıqda ayrıseçkilik olsa tamamilə dözülməz bir şeydir. Bunun  müzakirəyə, gündəmə çıxarılmasının qəti  əleyhinəyəm".

V. Məmmədəliyev qəbiristanlıqların özəlləşdirilməsi məsələsinin israfçılığa yol açacağını da söyləyib: "Yas  mərasimləri xalqın adətinə, ənənəsinə, dininə uyğun şəkildə keçirilməlidir. İsrafçılığa yol vermək olmaz. Hər şey öz əndazısində olanda yaxşıdır. Bizim xalqımızın  çox gözəl yas, toy adətləri var. O adətlərə riayət eləsək çox qazanarıq. Nəinki qəbiristanlıqları insanların maddi durumuna görə ayırmaqla".

Tanınmış memar Cahangir Qocayev də, qəbiristanlıqların özəlləşdirilməsinin memarlıq, arxitektur qayda-qanunlarına  zidd olduğunu söyləyib: "Belə bir söz-söhbət gəzir ki, güya özəl qəbiristanlıq olacaq.  Deyilənə görə, bu hətta layihə də var. Qəbiristanlıq heç vaxt özəl ola bilməz.  Qəbiristanlığa xidmət edən özəl təşkilat ola bilər. Qəbiristanlıq sadəcə ölülərin gömüldüyü yer deyil axı. Qəbiristanlıq həm də tarixi abidədir.  Və digər tərəfdən bütün bəşəriyyətdə sağ qalan insanlar üçün, sözün əsl mənasında  əziz bir  yer, məkandır. İnsanlar bayramlarda, ölülərinin qəbri üstünə gedirlər.  Qəbiristanlıqları ayırmaqla biz insanlara qəbirlərin üzərində sərdabə düzəldib böyük heykəl qoymasına şərait yaratmış olarıq.  Digər tərəfdən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, dövlət qurumlarının apardığı  bir siyasət var ki, biz israfçılığın qarşısını almalıyıq. Belə bir məqamda bu ideyanın ortaya atılması, həm ideoloji, həm də sosial-mənəvi cəhətdən düzgün deyil".


Sizin Reklam Yeriniz