Əlaqə Arxiv
news Image
2015.02.16
17:05
| A A A
30 min tələbə ali məktəblərdən qovuldu

"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə 1992-2014-cü illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861767 nəfər, o cümlədən 550723 nəfər bakalavriat haqqında məlumat daxil edilib. Movqe.az-ın məlumatına görə, 40026 nəfər magistratura səviyyəsi üzrə, 166678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil olunub. Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 7206 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 9117 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 4698 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 3483 nəfər haqqında məlumat daxil edilib.

1992-2014-cü illər ərzində dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələrinin sayı 30, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələrin sayı 23, akademik borca görə xaric edilmələrin sayı 6098, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilmələr sayı 5121, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilmələrin sayı 13307, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilmələrin sayı 4689 olub.

 

Sizin Reklam Yeriniz