Əlaqə Arxiv
news Image
2015.02.17
12:11
| A A A
Gömrükdə kişinin düz bağırsağından görün nə çıxdı?
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.  Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı  Mahboubalı Taghavının üzərində şəxsi yoxlama aparılıb.

Bu zaman ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi  3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub. Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib. Nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan  narkotik vasitə - tiryək aşkar edilib.

Sizin Reklam Yeriniz