Əlaqə Arxiv
news Image
2015.02.17
15:00
| A A A
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında fevralın 18-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə və səhər güclənəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış yağacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Bu cür hava şəraiti fevralın 21-dək davam edəcək.

Sizin Reklam Yeriniz