Əlaqə Arxiv
news Image
2015.02.17
17:54
| A A A
İŞİD yaraqlıları misirli balıqçıları azad edib

İŞİD yaraqlıları Liviyanın hökumət qoşunlarının nəzarəti altında olmayan bölgələrdən birindən qaçırılan 21 misirli balıqçını azadlığa buraxıblar.

Bu barədə Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir.

Balıqçıların qaçırılması haqqında məlumat ötən həftə açıqlanıb.

"Hökumətin 21 misirli balıqçının azad olunması ilə bağlı səyləri uğurla başa çatıb, onlar azadlıqdadılar", - Misir televiziyası belə xəbər yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Liviya KİV-i 35 misirlinin qaçırılması haqqında xəbər yayıb.

Sizin Reklam Yeriniz