Əlaqə Arxiv
news Image
2015.02.18
00:08
| A A A
Bakıda qətl törədilən motel haqda - FAKTLAR

Keçmiş əri tərəfindən başı kəsilən qadının olduğu motelin adı bu vaxta qədər müxtəlif qalmaqallarda hallanıb. Movqe.az axar.az-a istinadən bildirir ki, Masazır qəsəbəsində fəaliyyət göstərən "Romi" motelinin 2013-cü ildə fəaliyyətinə xitam verilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları moteldə əxlaqsızlıq yuvası təşkil edilməsi ilə bağlı əməliyyat keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində "Romi" motelində oranın icarədarı, Şirvan şəhər sakini Vüqar Nuriyevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları əxlaqsızlıq yuvasının fəaliyyətinə xitam versələr də, motel işini davam etdirib. Adıçəkilən obyektdə yetkinlik yaşına çatmayan qızların cinsi istismara məruz qoyulması halları olduğu da qeyd edilib.

Məsələn, 2013-cü ildə Ruslan Dilbazi adlı şəxs tanışı Vüsalə Kərimovanı motelə dəvət edib. V.Kərimova taksi ilə dəvət olunan yerə gəlib, orada isə müqavimət göstərməsinə baxmayaraq, R.Dilbazi tərəfindən təcavüzə məruz qalıb. Qız motel işçilərinə deyib ki, zorlandıqdan sonra döyülüb. Hadisə yerinə gələn polislər də R.Dilbazinin müqaviməti ilə üzləşiblər. O, qız tərəfindən şərləndiyini, hər şeyin razılıq əsasında baş verdiyini bildirib. Daha sonra damarlarını kəsərək, intihara cəhd edib. Buna baxmayaraq, onu polis şöbəsinə aparıblar.

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı başqa kişi ilə bu motelə gələn görüb və içəri daxil olaraq onu öldürüb.

Sizin Reklam Yeriniz