Əlaqə Arxiv
news Image
2015.02.18
09:18
| A A A
“Müalicə fondları yaradılmalıdır”

Ölkəmizdə sosial inkişaf cəhətdən zəif nöqtələrdən biridə səhiyyə sistemidir. Qeyd edim ki, bu gün ölkəmizdə sosial sektora aid olan səhiyyə sistemin fəaliyyəti qənaət bəxş deyil. Dövlət büdcəsindən səhiyyə sistemi üçün ayrılan məbləğlər lazımi yerlərə xərclənmir. Bu gün ölkəmizdə sosial durumuz qəanət bəxşdən də aşağı olan və müalicəsi üçün külli miqdarda pullar tələb olunan ailələrə Səhiyyə nazirliyi tərəfindən ya pulsuz müalicə təşkil edilməlidir və ya müalicə üçün pul ayrılamlıdır. Müalicə fondları yaradılmaqla ölkədə sağlamlıq səviyyəsini qaldırmaq olar. Sosial rifah təkcə maddiyatla bağlı deyil, əhalinin təhsil səviyyəsi, sağlamlığının qorunmasıda sosial rifahdan sayılır. Bu gün dünya təcrübəsinə baxsaq Səhiyyə nazirliklərinin nəzdində Müalicə fondları fəaliyyət göstərir ki, müalicə üçün nəyə ehtiyac duyulursa fondlar tərəfindən qarşılanır. Bu gün Ulu öndər Heydər Əliyev Fondunun sırf səhiyyənin inkişafı sahəsində apardığı fəaliyyət yerli və dünya fondlarına nümunədir. Amma Heydər Əliyev fondunun fəaliyyət sahəsi çox genişdir. Hesab edirəm ki, Müalicə fondlarının yaradılması ölkədə sosial durumu zəif olan ailələrin sevincinə səbəb olacaqdır.

Özəl klinikaları ictimai fəaliyyəti çox zəif vəziyyətindədir. Klinikalar humanizmə və ictimai məsuliyyətə dəvət edirəm. Bu gün əksər özəl klinikaların fəaliyyəti aşağı xidmətlə yüksək pula satılır. Xaricdən ixtisası bilinməyən həkimlər gətirirlər. Mən özəl klinikaları bu tip məsələlərdə daha məsuliyyətli olmağa dəvət edirəm. Sosial durumu aşağı olan xəstələri pulsuz müalicə etməyə dəvət edirəm.

Sizin Reklam Yeriniz