Əlaqə Arxiv
news Image
2015.02.18
15:03
| A A A
Nazirdən mobil operatorlara xəbərdarlıq

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlararası bağlantılara görə müəyyən olunan tariflərin aşağı salınması istiqamətində işlər görür. Movqe.az -ın məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib."Bu gün tətbiq olunan operatorlararası tarif metodu bazara üçüncü mobil operatorun, yəni "Azərfon" şirkətinin gəlişi ilə əlaqədardır. Lakin hazırda əsas məqsəd vahid tarifin tətbiq olunması üçün operatorlararası tarifin aşağı salınmasıdır", - deyə nazir bildirib. Qeyd edək ki, hazırda operatorlararası bağlantının qiyməti 0,02 manat təşkil edir.


Sizin Reklam Yeriniz