Əlaqə Arxiv
news Image
2015.02.18
15:16
| A A A
Paytaxtda doğum evlərində yoxlamalara başlanıldı-Eksklüziv

Paytaxtdakı doğum evlərində qeysəriyyə əməliyyatları edilən xəstələrin xəstəlik tarixçələrinin  yolxlanılmasına başlanılıb. Bu barədə Movqe.az-a eksklüziv olaraq məlumatı Səhiyyə Nazirliyinin Qeysəriyyə əməliyyatların yoxlanılması komissiyasının üzvü Nailə Şahbazova verib. N. Şahbazova bildirib ki, ölkədə qeysəriyyə yolu ilə ana olanların sayını azaltmaq üçün ötən il Səhiyyə Nazirliyi "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları"nı hazırlayıb. Belə ki, tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən "Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları" və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib. Buna baxmayaraq hələ də, qeysəriyyə yolu ilə tibbi göstəriş olamadan uşaq dünyaya gətirmə hallarına rast gəlinir. Nailə Şahbazova Mövqe.az-a müsahibəsində artıq komissiyanın Bakı şəhərindəki Doğum evlərində yoxlamaya başladığını söyləyib. N. Şahbazova bildirib ki, paytaxtda 1 saylı Doğum evində artıq yoxlamalar keçirilib: "Suraxanı rayon 2 saylı Doğum evində də qeysəriyyə əməliyyatı ilə ana olanların xəstəlik tarixçələri yoxlanılır".

N. Şahbazova deyir ki, təmsil olunduğu komissiya paytaxtdakı bütün Doğum evlərində qeysəriyyə əməliyyatına cəlb olunan qadınların xəstəlik tarixçələrini yoxlayacaq: "Həmin tarixçələrdə, mütləq hamilə qadının hansı səbəbdən qeysəriyyəyə cəlb olunmasını əsaslandıran sənəd olmalıdır. Əgər qeysəriyyə əməliyyatının tibbi göstəriş olması səbəbindən baş verməsini sübut edən sənəd yoxdursa, bu əməliyyat tibbi göstəriş olmadan edilmiş əməliyyat hesab olunur".

Həmsöhbətimin sözlərinə görə, qeysəriyyə kəsiyi əməliyyatlarının aparılmasına tibbi əsaslar aşağıdakılardır: "Əvvəllər uşaqlıq üzərində əməliyyatların aparılması, uşaqlıq üzərində qeysəriyyə kəsiyindən sonra çapıq, əvvəlki doğuş zamanı uşaqlığın cırılması, uşaqlıqda böyük həcmli əməliyyatın keçirilməsi,uşaqlıqda rekonstruktiv əməliyyatların aparılması, doğuşa mane ola biləcək səbəblər, Doğuş yolunun anomaliyaları və xəstəlikləri- doğuş zamanı dölün irəliləməsinə mane olan uşaqlıq boynunun və ya cisminin, sidik kisəsinin, çanağın, qadın cinsiyyət üzvlərinin törəmələri, sidik kisəsinin daşları, dölün köndələn vəziyyəti, çanağın ölçüləri ilə dölün başının ölçüləri arasında uyğunsuzluq, şəkərli diabetli qadınlarda dölün çəkisi 4500 qr və artıq olması, əvvəlki doğuşda qasıq birləşməsinin aralanması, çanağın anadangəlmə və qazanılmış deformasiyaları, Dölün çanaq gəlişləri, başa çatmış hamiləlik zamanı dölün çanaq gəlişləri, vaxtından əvvəl doğuşlarda dölün çanaq gəlişləri zamanı dölün çəkisi 1500qr və artıq olduqda, Döl tərəfindən əsaslar- dölün inkişafının ləngiməsi, rezus-konflikt nəticəsində dölün ağır dərəcəli immunizasiyası, müxtəlif inkişaf qüsurları və döldə cərrahi korreksiya ehtiyacı olduqda, digər mamalıq əsasları, tam və ya natamam cift gəlişləri, çoxdöllü hamiləlik - 3 və daha artıq döllə, əkiz döllü hamiləlik zamanı 1-ci dölün çanaq gəlişində olması, birləşmiş əkizlər,qadının yaşından asılı olmayaraq əvvəllər perinatal ölüm və ya ağır dərəcəli perinatal xəstəliklərin olması, Ginekoloji əsaslar- uzun müddətli sonsuzluq, köməkçi reproduktiv texnologiyaların istifadəsindən sonra baş vermiş hamiləliklər zamanı, Ekstragenital əsaslar- təbii doğum yolları ilə doğuşun aparılmasına əks göstəriş olan ağır ekstragenital xəstəliklər, İİV-infeksiyası – qadında heç bir anti- retrovirus terapiyanın aparılmaması, İİV-infeksiyası qadında anti-retrovirus terapiyanın aparılması və virusun konsentrasiyasının 400 hüceyrə/ml və daha artıq olması, hamiləliyin 3-cü trimestrində cinsiyyət yollarının aktiv herpetik infeksiyasının olması, hepatit C virusu ilə yanaşı İİV-lə infeksiyalaşma, budun anadangəlmə çıxığı, çanaq-bud oynağının ankilozu, bel sütununun deformasiyası".

N. Şahbazovanın sözlərinə görə, təcili qeysəriyyə kəsiyi əməliyyatlarının aparılmasına aid də tibbi əsaslar var. Bunlara uşaqlığın cırılma təhlükəsi, doğuş zamanı kliniki dar çanaq, müalicə tədbirlərinə cavab verməyən doğuş fəaliyyətinin zəifliyi, doğuş induksiyasının effektsizliyi, dölün başının qeyri-düzgün duruşları,alın gəlişi, ön görkəmdə üz gəlişi, sagital tikişin yüksəkdə düz yerləşməsi, ön-təpə gəlişi, göbək ciyəsi ilgəklərinin düşməsi, göbək ciyəsi gəlişi, dölün kəskin hipoksiyası, dölün diri və yaşamaq qabiliyyəti olduğu halda ananın ölümü və ya aqonal vəziyyəti,. hamiləlik və ya doğuş vaxtı güclü qanaxma, ağır preeklampsiya, eklampsiya, HELLP-sindromu aiddir.

N. Şahbazova deyir ki, bütün bu hallar istisna olmaqla edilən qeysər kəsiyi əməliyyatları tibbi göstəriş olmadan edilən əməliyyat hesab olunur.

 

 

Sizin Reklam Yeriniz