Əlaqə Arxiv
news Image
2015.02.18
15:29
| A A A
Ərini "natamam kişi" adlandırıb boşanmaq istəyir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində evli qadın ərindən Şəriət məhkəməsinə şikayətlənərək, həyat yoldaşını "çox zəif kişi" adlandırıb və ondan boşanmaq istədiyini bildirib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, məhkəmədən deyilib: "Bu qadın şikayət ərizəsində ərinin onunla gündə 2-3 dəfə yox, həftədə 3-4 dəfə yatağa girdiyini yazıb. Qadın belə vəziyyətdən narazı qaldığını və boşanmaq istədiyini vurğulayıb".

Qadının əri müayinədən keçib və bəlli olub ki, o, tam sağlamdır. Məhkəmə qadına həkim müayinəsinə yollanmağı məsləhət bilib, amma qadın imtina edib.

O, ya məhkəmənin onu ərindən boşamasını, ya da "ərinə təsir edərək onu normal kişi vəziyyətinə qaytarmasını" istəyib.

Məhkəmə qadının tələbinin boşanma üçün yetərli səbəb omadığını bildirərək hələlik qərar verməyib.

Sizin Reklam Yeriniz