Movqe.az xəbər verir ki, bu gün Azercell şirkəti 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda şirkət ötən il ərzində qazandığı naliyyətləri media ilə paylaşıb. Azercell Telekom MMC-nin Prezidentinin vəzifələrini icra edən Vahid Mürsəliyev Azercell-in bu il də liderliyini qoruyub saxladığını deyib.
Vahid Mürsəliyevin sözlərinə görə, şirkət bu il bir
çox sahələrə irimiqyaslı sərmayələr cəlb edib. Belə ki, Azercell
2014-cü il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına
təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində
isə 1.67 milyard manat sərmayə yatırıb. Bununla şirkət ölkənin
qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda davam
edir.
Eyni zamanda bildirilib ki, insan qaynaqları Azercell-in əsas
kapitalıdır və öz abunəçilərinə daha yaxşı xidmət göstərmək
baxımından şirkət üçün xüsusi önəm daşıyır. Buna görə də 2014-cü
ildə Azercell öz işçilərinin inkişafına 1.2 milyon manat, 18 il
ərzində isə 14.2 milyon manat həcmində sərmayə yatırıb.
Sosial layihələrin həyata keçirilməsində aktiv şəkildə iştirak edən
Azercell 2014-cü ildə Azercell bu sahəyə 0.3 milyon manat, 18 il
ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib.
Vahid Mürsəliyev onu nəzərə çatdırıb ki, 2014-cü ildə Azercell qeyri-neft sektorunun 1 nömrəli vergi ödəyicisi olaraq qalıb. Belə ki, şirkət ötən il dövlət büdəcsinə 112 milyon manat vergi ödəyib. Fəaliyyət göstərdiyi 18 il ərzində isə Azercell dövlətə 1, 18 milyard manat vergi verib.