Əlaqə Arxiv
news Image
2015.02.18
18:30
| A A A
Fondun və Nizami RİH-in birgə elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır

Fevralın 18-də Nizami Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir. Hesabat iclası çərsivəsində həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanmış, qaliblər mükafatlandırılmışlar.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Kərimova, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı, eləcə də rayonun müxtəlif idarə və təşkilatlarının, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak etmişlər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini diqqətə çatdırmışdır. İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını rayonun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət etmişdir.

Hesabat xarakterli filmdə ölkə başçısının Nizami rayonuna səfərləri zamanı təntənəli açılışı olmuş yeni yol, körpü və tunellər, müasir nəqliyyat qovşaqları, respublika əhəmiyyətli sosial-mədəni, inzibati obyektlər, habelə idman müəssisələri barədə ətraflı məlumat verilmişdir. Filmdə, həmçinin ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, hazırda fəaliyyətdə olan iri istehsal və emal müəssisələrinin fəaliyyətindən bəhs olunmuşdur. Nizami rayonun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, İqbal Məmmədov, Flora Qasımova, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev müstəqil Azərbaycanın son illər bütün sahələrdə sürətli inkişaf yolu keçdiyini, ölkədə ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunduğunu, respublikamızın qlobal miqyasda nüfuzunun gücləndiyini vurğulamışlar. Natiqlər ölkə başçısının rəhbərliyi altında respublikada mühüm infrastruktur layihələrinin həyata keçirildiyini, paytaxt Bakının və bölgələrin böyük tikinti meydanına çevrildiyini vurğulamış, habelə Nizami rayon İcra Hakimiyyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndirmişlər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı rayonda görülmüş işlərin, əldə olunmuş uğurların və bəzi nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirmiş, rayon icra hakimiyyəti ilə KİV arasında sıx əlaqələrin qurulduğunu bildirmişdir. Fondla birgə təşkil olunan fərdi jurnalist jurnalist müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən Tahir Budaqov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə vermişdir.

Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, hesabat iclasında nümayiş olunan filmdə yer alan makroiqtisadi göstəricilər Nizami rayonunun son illər sürətli inkişaf yolu keçdiyini göstərir. Fondun icraçı direktoru ölkə başçısının xüsusi diqqət və qayğısı ilə rayonun son illər sürətlə müasirləşdiyini, müxtəlif sahələr üzrə uğurlu nəticələrə imza atdığını diqqətə çatdırmışdır.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə senzuranın ləğv edildiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırıldığını, ölkə miqyaslı KİV-lərin yubileylərinin keçirildiyini xatırladan Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Fondun icraçı direktoru bildirmişdir ki, ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət DəstəyiKonsepsiyası" və həmin Konsepsiya əsasında 2009-cu ilin aprelində Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması KİV-lərə dövlət dəstəyinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan yaratmışdır. Fondun icraçı direktoru Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlər büdcəsi hesabına yaşayış binalarının inşasını dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirmişdir.

Fondun icraçı direktoru 2014-cü ildəmərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırmışdır. Vüqar Səfərli bildirmişdir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd qarşılıqlı əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə çatdırılması, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.

Çıxışını davam etdirən Vüqar Səfərli bu il Azərbaycan mətbuatının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağını, bu münasibətlə Fondun yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə birgə tədbirlər təşkil edəcəyini də diqqətə çatdırmışdır.

İcraçı direktor Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 4-dən dekabrın 24-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 37 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 15 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 21 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirmişdir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir.

Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.


"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I YER

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

22

2.

II YER

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

21

3.

II YER

Quliyev Mirbağır Baloğlan oğlu

"Xalq qəzeti"nin əməkdaşı

20.6

4.

III YER

Zülfüqarova Hüsniyyə Zülfüqar qızı

"Təhsil Problemləri" qəzetinin şöbə müdiri

20

5.

III YER

Cavadzadə Nərgiz Ehlam qızı

"Gündəlik teleqraf" qəzetinin müxbiri

20

6.

III YER

Abbaslı Adəm Famil oğlu

"Azadinform" informasiya agentliyinin müxbiri

19

7.

Həvəsləndirici mükafat

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

18.6

8.

Həvəsləndirici mükafat

Nəbili Emin Ağahüseyn oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

18.6

9.

Həvəsləndirici mükafat

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin redaksiya müdiri

18.6

10.

Həvəsləndirici mükafat

Aslan Aqil İsmayıl oğlu

"Ekspress" qəzetinin müxbiri

18.6

11.

Həvəsləndirici mükafat

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

18.3

12.

Həvəsləndirici mükafat

Mustafayev Əziz Salam oğlu

"Zaman Azərbaycan" qəzetinin müxbiri

18.3

13.

Həvəsləndirici mükafat

Cəfərova Səriyyə Müslüm qızı

"Bizim Yol" qəzetinin müxbiri

18.3

14.

Həvəsləndirici mükafat

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

18.3

15.

Həvəsləndirici mükafat

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" qəzetinin müxbiri

18

16.

Həvəsləndirici mükafat

Osmanova Sevinc Gülməmməd qızı

"Həftə içi" qəzetinin müxbiri

18

17.

Həvəsləndirici mükafat

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

18

18.

Həvəsləndirici mükafat

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

18

19.

Həvəsləndirici mükafat

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

17.6

20.

Həvəsləndirici mükafat

Quliyeva Zəkurə Qüdrət qızı

"Qarabağ" qəzetinin müxbiri

17.6

21.

Həvəsləndirici mükafat

İsgəndərov Hüseyn Şahbaz oğlu

"Unikal" qəzetinin redaktoru

17.6

22.

Vəliyev Fariz Əhməd oğlu

"Mövqe" qəzetinin şöbə müdiri

17.3

23.

Əliyev Azad Akif oğlu

"Həftə-içi" qəzetinin müxbiri

17.3

24.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı Xəbər" qəzetinin müxbiri

17.3

25.

Quliyev Namiq Abbasqulu oğlu

"Bakı Xəbər" qəzetinin müxbiri

17.3

26.

Namazov Elçin Sabir oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

17.3

27.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

17.3

28.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

17.3

29.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

17

30.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

17

31.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17

32.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin redaktoru

17

33.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17

34.

Mehralıyeva Lalə Hüseyn qızı

"Səda" İnformasiya agentliyinin müxbiri

17

35.

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

17

36.

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

17

37.

Əhmədov Qələndər İslam oğlu

"Həftə içi" qəzetinin müxbiri

16.6


Sizin Reklam Yeriniz