Azərbaycanda ali məktəblərin statusunun dəyişdirilməsi, tədris
universitetlərinə tədqiqat statuslarının verilməsi təklif
olunur.Milli Məclisdən Movqe.az-a verilən
xəbərə görə,yeni hazırlanmış "Elm haqqında" qanun layihəsinin bir
sıra maddələrində əks olunub. Layihəyə əsasən ali məktəbləreyni
zamanda "Tədqiqat universiteti" adını da daşıya biləcək. "Tədqiqat
universiteti" statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada veriləcək. Layihədə qeyd olunub ki, tədqiqat
universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil
alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm
və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər
yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları
transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi
tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr
hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini
formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst
reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes
inkubatorlarının yaradılmasına nail olmaqdır. Elmi müəssisə və
təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi,
maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə
olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin
istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs
statusunda elmi mərkəzlər yarada bilər. Qeyd edək ki, qanun
layihəsi fevralın 24-də Milli Məclisin plenar iclasında müzakirəyə
çıxarılacaq.